Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" klubunun heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı qolkiper Premyer Liqada IV turun "Aktobe" ilə ev matçında forma geyinib. Görüş "Tobol"un qələbəsi ilə yekunlaşıb - 2:1. Sonadək meydanda olan Balayev 89-cu dəqiqədə öz kobud səhvi nəticəsində qapısından top buraxıb.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Tobol" 2-ci pillədə qalıb. Kostanay təmsilçisi 9 qol vurduğu halda qapısından cəmi 2 top buraxıb. Turnir cədvəlinə eyni xala malik "Astana" başçılıq edir.
Qeyd edək ki, Emil Balayev "Tobol"a qışda "Səbail" klubundan keçib.