Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turu yüksək məhsuldarlıqla əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, baş tutan dörd oyunda 16 qol vurulub. “Neftçi” – “Zirə” (4:2), “Sumqayıt” – “Keşlə” (2:1), “Qəbələ” – “Qarabağ” (1:2) və “Sabah” – “Səbail” (3:1) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 4-ə bərabərdir.
Bu, cari mövsümün ikinci göstəricisidir. Yalnız XI turda daha çox – 17 qol qeydə alıb. Orta məhsuldarlığın 4,25 olduğu həmin turda da eyni cütlər üz-üzə gəlib. 2018-ci il oktyabrın 10-11-ni əhatə edən turda “Neftçi” – “Zirə” (2:2), “Sumqayıt” – “Keşlə” (1:4), “Qəbələ” – “Qarabağ” (1:3) və “Sabah” – “Səbail” (0:4) qarşılaşmaları baş tutub.