İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, La Liqa təmsilçisinin təcrübəli futbolçusu Ceremi Matye zədələnib.
Belə ki, 31 yaşlı müdafiəçi son turdakı "Selta Viqo" ilə matçda sağ baldırından zədələnib. Onun təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Matye cari ilin iyul ayında digər İspaniya klubu "Valensiya"dan "Barselona"ya keçib.