"Sizi inandırım ki, hələ indiyədək siqaret çəkməmişəm, spirtli içki və narkotik maddə qəbul etməmişəm. Ömür boyu idmanla məşğul olmuşam".
Sportnet.az-ın məlumatına görə, bunu "Report"a müsahibəsində "Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib. Bugünlərdə 60 yaşı tamamlanan xalq yazıçısı bildirib ki, Şura sədri olmamışdan əvvəl də idmanla məşğul olub: "Ola bilər ki, səhhətimdə problemlərin olmaması idmanla mütəmadi məşğuliyyətimdən irəli gəlir".
Abdullayev "Neftçi"nin hər bir oyununda iştirak etdiyini də vurğulayıb: "Hətta xaricdə olsam belə özümü mütləq çatdırıram. Sizə bir sirr açım: Elə olub ki, mən klubun oyununa görə xarici ölkəyə olan səfərimin biletini təcili dəyişməli olmuşam. Təbii ki, rəhbərliklə də görüşürük".
Qeyd edək ki, Çingiz Abdullayev Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.