"Bizim üçün çətin oyun idi. Bilirdik ki, yaxşı əhval-ruhiyyədə olmaq üçün yaxşı da nəticə qazanmalıyıq. Ona görə də əlimizdən gələn hər şeyi edib qələbə qazandıq”
Sportnet.az-ın məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Davit Volkovi Premyer Liqasının XXIV turunda səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Gürcüstanlı cinah hücumçusu “Qəbələ”də ilk qolunu vurmasına toxunub: “Bunun üçün bir az gözləməli oldum. Sevincliyəm, nəhayət tilsimi qırdım. Demək olar, iki il idi ki, bu cür meydanda oynamırdım. Süni meydançada çıxış eləmək çox ağırdı. Psixololji vəziyyət də bizim üçün yaxşı deyildi”.
Volkovi bu oyunda xüsusilə yaxşı çıxış etməsini isə belə şərh edib: “Neçə oyundur qələbə qazana bilmirdik, ardıcıl heç-heçələr edirdik, “Qarabağ”a uduzmuşduq, ona görə də bu matça xüsusi motivasiya ilə çıxmışdım. Kuboku qazanmaq əsas hədəflərimizdən biridir. Futbolda hər şey olur, üçüncü yeri tutmaq istəyirik”.