"Sabah" klubunun sabiq futbolçusu Vitali Kvaşuk "Qomel" komandasının heyətində Belarus Yüksək Liqasının ilk 3 turundan sonra bombardirlər siyahısında liderliyə yüksəlib.
Sportnet.az-n məlumatına görə, artıq ukraynalı yarımmüdafiəçinın aktivində 5 qol var. Bunlardan 3-ü "Slutsk" (6:0), hərəyə 1-i isə "Neman" (2:3) və "Energetik-BQU" (3:0) ilə qarşılaşmalarda qeydə alınıb. 26 yaşlı oyunçu ən yaxın izləyiciləri - komanda yoldaşı Ruslan Belov və "Dinamo-Brest"in oyunçusu Pavel Nexayçiki 2 top üstələyir.
Qeyd edək ki, "Sabah" Vitali Kvaşukla 2018-ci il iyulun 17-də 3 illik müqavilə bağlasa da, cəmi 5 ay sonra - dekabrın 21-də yollarını ayırıb. Kvaşuk Belarus mətbuatına müsahibəsində buna Azərbaycan komandasının baş məşqçisi Elşad Əhmədovla dil tapa bilməməsini səbəb göstərib.