PSJ klubu "Monako" ilə keçirəcəyi Fransa Liqasının XXXIII tur matçına Notr-Dam-de-Pari kilsəsinin söndürülməsində iştirak etmiş 500 yanğınsöndürəni dəvət edib.
Sportnet.az-ın "Le Parisien"ə istinadən verdiyi məlumata görə, yanğınsöndürənlərdən 2-si topa simvolik zərbə vuracaq.
Görüş aprelin 21-də Parisdəki "Park de Prens" stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, 32 turdan sonra PSJ 81 xalla 1-ci, "Monako" 32 xalla 16-cı pillədə qərarlaşıb.