Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Samara təmsilçisi XXIV turda Moskvada "Dinamo"nun qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 67-ci dəqiqədə Kiril Pançenko vurub.
Meydana start heyətdə çıxan Şeydayev məhz bu qoldan sonra əvəzlənib. 23 yaşlı hücumçu yerini Sergey Kornilenkoya verib.
Bu nəticədən sonra "Krılya Sovetov" 27 xalla 12-ci pilləyə enib. Eyni miqdarda xal toplayan "Dinamo" isə 11-ci yerə yüksəlib.