"Borussiya”nın idman-direktoru Maks
Eber haqqımda xoş sözlər səsləndirib. Ona təşəkkür edirəm”. Sportnet.az-ın
məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında Azərbaycan
yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.
O, bir müddət öncə yerli mətbuatda "Borussiya” klubuna
idman-direktoru təyin olunacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.
67 yaşlı mütəxəssis Münhenqladbax təmsilçisinin hazırkı idman-direktoru Maks Eberlə aralarında problemin yaşandığı haqqında çıxan xəbərlərə də münasibət bildirib: "Düzdü, bizim onunla əvvəl problemimiz olub. Amma indi münasibətlərimiz yaxşıdı. Bəzən üzr istəmək üçün təcrübəli olmalısan. Mən papağımı çıxarıb, onun qarşısında baş əyirəm. Maks klubu doğru yola yönəldib və uğur üçün hər şey edir. Mən bu kluba vəzifəyə getməyəcəm. Komandanın vəziyyəti hazırda yaxşıdı və Bundesliqada III pillədə qərarlaşıb”.