
“Hər oyuna ciddi hazırlaşırıq, amma qarşıdakı matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm".
Sportnet.az xəbər verir ki, bunu "SƏbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın XVI turunda evdə "Qəbələ" ilə keçirəcəkləri matç barədə danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, üç xal qazana bilsələr, bürünc medallara çox yaxınlaşacaqlar: "Biz yalnız qələbə qazanmaq fikrindəyik”.
Qeyd edək ki, "Səbail" - "Qəbələ" oyunu aprelin 27-də saat 17:30-da başlayacaq