Çempionlar
Liqasının qrup mərhələsinin IV tutunda "Qalatasaray” və "Borussiya” klubları
arasında İstanbulda keçirilən matçda insident yaşanıb. Sportnet.az-ın məlumatına
görə, oyunun 52-ci dəqiqəsində türk klubunun fanatları tribunada yandırıcı maddələr
alışdıraraq meydana atıblar.
Bu isə
futbolçular üçün təhlükə yaratdığından oyun bir neçə dəqiqəlik dayandırılıb. "Qalatasaray”
klubunun futbolçuları Felipe Melo, Hamit Altıntop və Muslera tribunaya
yaxınlaşaraq fanatları sakitliyə riayət edilməsinə səsləyiblər.
Matçın
sonunda hesan 4:1 olduqdan sonra yenidən azarkeşlər meydana yad əşyalar atmağa
başlayıblar. Oyun yenidən bir neçə dəqiqləlik dayandırılıb.
Qeyd edək ki, "Qalatasaray” klubu Londonda "Arsenal”la oyunda fanatlarının bu tip hərəkələrinə görə artıq bir dəfə UEFA tərəfindən 50 min avro məbləöində cərimələnib.