"Bu, bizim üçün yaxşı təcrübə oldu. Qalib gəlib kuboku qazandığımız üçün xoşbəxtik. Mövsüm asan keçməsə də, sona yaxın toparlanıb Çempionlar Liqasına vəsiqə əldə etdik. Amma Avropa Liqasını da qazanaraq mövsümü kubokla başa vurmaq istəyirdik və bunu bacardıq".
Sportnet.az xəbər verir ki, bunu İngiltərənin "Çelsi" komandasının futbolçusu Qari Keyhill Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bildirib. 34 yaşlı müdafiəçi digər sualları da cavablandırıb...
- Növbəti mövsüm komandanız Çempionlar Liqasında çıxış edəcək. Şanslarınızı unu necə qiymətləndirirsiniz?
- Əlbəttə, Çempionlar Liqası tam fərqli və əla turnirdir. Komandamız cari mövsüm Çempionlar Liqasında iştirak etmək üçün əlindən gələni etdi. Növbəti mövsüm daha da inkişaf etməli və öz oyunumuzu gücləndirməliyik.
- Avropa Liqasında gənc oyunçuların komandaya köməyi çoxmu oldu?
- Komandaya daim yeni oyunçular cəlb olunur, eyni zamanda akademiyadan olan futbolçuların əsas komandaya qoşulması sevindirici haldır. Komanda gənclərə önəm verir və onların özlərini sübut etmələri üçün şans yaradır. Düşünürəm ki, gənclər həmin şanslardan istifadə edə bilirlər.