
Almaniyanın "Bavariya" futbol klubunun müdafiəçisi Jerom Boatenq kino ulduzu olub.
Sportnet.az "Welt"ə istinadən xəbər verir ki, Almaniya yığmasının keçmiş futbolçusu məşhur "Qara geyimli insanlar" filminin dördüncü hissəsində rol alıb. İdmançı filmdə yadplanetli rolunu canlandırıb.
"Mən birinci hissədən "Qara geyimli insanlar" filminin pərəstişkarı idim. "Sony Pictures" şirkətindən yeni filmin çəkilişlərində iştirak təklifi gəldi. Təəccübləndim və həddən artıq sevindim. Tezliklə özümü böyük ekranda görmək - bu, unikal və xüsusi təcrübə olacaq", - deyə futbolçu bildirib.
Qeyd edək ki, 30 yaşlı Jerom Boatenq 2014-cü ildə Almaniya yığmasının heyətində dünya çempionatında iştirak edib.