İngiltərənin "Çelsi" klubu Qari Kehill ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. Kehill 2017-ci ildə Con Terrinin gedişindən sonra "Çelsi"nin kapitanı olub. O, əsas heyətdə olduğu müddətdə bu funksiyanı yerinə yetirib. Təcrübəli oyunçu son olaraq, Bakıda "Arsenal"ı 4:1 hesabı ilə yendikləri Avropa Liqasının final matçından sonra hazırkı kapitan Sesar Aspilikueta ilə birgə kuboku qaldırıb.