
İngiltərə milli komandasının sabiq futbolçusu Conatan Vudgeyt Çempionşipdə çıxış edən "Midlsbro" klubuna baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, keçmiş müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. Budgeytin məşqçilər heyətinə onunla birgə "Lids" və "Tottenhem"də çıxış etmiş irlandiyalı Robbi Kin də daxil edilib.
"Midlsbro" ötən mövsüm Toni Pülisin rəhbərliyi altında 7-ci yeri tutub və ilk "6-lığ"a düşə bilmədiyi üçün Premyer Liqaya vəsiqə uğrunda "pley-off" matçlarına qatıla bilməyib.