
FİFA 18
yaşına çatmamış xarici futbolçu ilə müqavilə imzaladığı üçün "Barselona”
klubuna, bu il 2 transfer pəncərəsində hər hansı transfer etməyə qadağa qoyub. Sportnet.az-ın
məlumatına görə, həmin qadağa ilə Madrid klublarının da üzləşmə ehtimalı var.
İspaniya
mətbuatında yayılan xəbərlərə görə, FİFA "Real Madrid” klubunun əzəli rəqibinin
etdiyi səhvləri təkrarladığını aşkarlayıb. Buna görə də, Madrid klubunu pul cəzası,
həmçinin bir və ya iki transfer pəncərəsində yeni oyunçu almaq qadağası gözləyir.
Digər
Madrid klubunda da vəziyyət yaxşı deyil. FİFA "Atletiko” klubunun futbolçularının
da bazar qaydalarına zidd transferindən şübhələnir. Bunun təsdiqlənəcəyi
təqdirdə "Atletiko” klubuna da müəyyən müddətə transfer qadağası qoyula bilər.
Qeyd edək ki, kataloniyalılar onlara verilən cəza ilə razılaşmayaraq appelyasiya veriblər. Appelyasiya müddəti noyabrın sonunda başa çatacaq.