"İnter” klubunun baş məşqçisi
Valter Matsari İtaliya A seriyasının sonuncu turu çərçivəsində evdə "Verona” ilə
oyunda heç-heçədən sonra, klub prezidenti Erik Tohirlə danışdığını təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, Matsari gələcəyə ümidlə baxdığını bildirib.
Matsari prezidentlə görüşü
barədə bunları deyib: "Söhbətimiz aramızda qalacaq. Qələbənin belə formada
əldən çıxmasına görə onun narazılığı normaldı. Ancaq qırmızı vərəqədən sonra şərtlər
tam əksinə oldu və işimiz daha da çətinləşdi. Həmçinin çox sayda zədəlilərimiz
var. Millinin oyunları ilə əlaqədar yaranacaq fasilə xeyrimizə olacaq”.
Qeyd edək ki, daha əvvəl verilən məlumatlara görə, Matsarinin istefası bu gün ola bilər.