"Mançester
Siti" rəhbərliyi baş məşqçi Manuel Pelleqrininin istədiyi futbolçuları
transfer etməyəcək. Sportnet.az-ın məlumatına görə, rəhbərloik çilili mütəxəssislə görüşdən sonra bu qərara
gəlib.
Manuelin
istədiyi oyunçuların yanvarda alınması mümkün olmayacaq. Çünki klub qış
"transfer pəncərəsi" üçün bir o qədər də vəsait ayırmayıb.
"Şəhərlilər"in əsas transfer hədəfləri "Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys və "Everton"lu Ross Barklidi.