
FIFA prezidenti Canni İnfantino ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gəldiyi qadınlar arasında dünya çempionatının final oyununda isti qarşılanmayıb.
Sportnet.az-ın məlumatına görə, isveçrəli funksioner meydana daxil olduqda azarkeşlər onu fitə basıblar. Fanatlar qadın və kişi futbolundakı əməkhaqqı uçurumuna qarşı çıxaraq "Bərabər maaş" şüarını səsləndiriblər.
Qeyd edək ki, ABŞ bu qələbə sayəsində dünya çempionu titulunu qoruyub. Bu həm də rekord nailiyyət olub.
“A little public shaming never hurt anybody.” They may have just won their fourth World Cup but the US champions are still fighting for equal pay. pic.twitter.com/8wDBdDjdNA
— SBS News (@SBSNews) July 8, 2019