Haiti yığmasının Qızıl Kubokda bürünc medal qazanması münasibətilə "Qarabağ" klubunun futbolçusu Donald Gerrye üçün doğulduğu Le Ke şəhərində qarşılanma mərasimi təşkil olunub.
Sportnet.az-ın məlumatına görə, şəhər bulvarında keçirilmiş tədbirdə xeyli insan təcrübəli cinah oyunçusunu alqışlayıb. Eyni zamanda sakinlər konsertlə şənləniblər.
Qeyd edək ki, Haiti millisi Qızıl Kubokun yarımfinalında Meksikaya 0:1 hesabı ilə uduzub. Yarışın qalibi finalda ABŞ-a eyni hesabla qalib gələn Meksika olub. 3-cü yer uğrunda görüş olmadığı üçün Haiti Yamayka ilə birgə avtomatik bürünc medala yiyələnib.