İdman Arbitraj Məhkəməsi (CAS) Rusiyanın baş nazirinin idman məsələləri üzrə sabiq müavini Vitali Mutkonun şikayətini təmin edib.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, qurum Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 61 yaşlı funksionerin Olimpiya Oyunlarında iştirakına ömürlük qadağa qoyulması ilə bağlı qərarını ləğv edib.
Qeyd eək ki, V.Mutko 5 dekabr 2017-ci ildə Rusiya yığmasında baş verən kütləvi dopinq hallarına cavabdeh şəxs qismində cəzaya məruz qalmışdı.