
Almaniyanın "Bavariya" klubu yeni transferi Benjamin Pavarı təqdim edib.
Sportnet.az-ın məlumatına görə, fransalı müdafiəçinin "Ştutqart"dan transfer edilməsi xəbəri hələ yanvarda açıqlanıb. O, Münhen təmsilçisinə iyulun 1-dən qoşulub. 23 yaşlı oyunçu 5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Benjamin Pavar ötən mövsüm "Ştutqart"ın heyətində 31 oyunda 3 sarı vərəqə ilə yadda qalıb. O, Fransa millisinin üzvü kimi 2018-ci il dünya çempionatının qalibi olub.