"Mançester Yunayted"in forvardı Radamel Falkao
diz zədəsindən əziyyət çəkdiyi barədə informasiyanı təkzib edib. Sportnet.az-ın məlumatına görə, transfer
hüququ "Monako"da olan kolumbiyalı hücumçunun dizinə buz
qoymasını bəzi media nümayəndələri onun zədədən qurtula bilməməsi ilə əlaqələndirmişdi.
Futbolçu bu
söz-söhbətə "twitter” hesabında paylaşdığı yazı ilə son qoyub: "Hansısa axmaq şaiyə yayır. Kimsə "qarmağa düşür" və milyonlarla insan bu yalana inanır. Bir
neçə axmağın nələrə qadir olduğu dəhşətdi”.
Kolumbiyalı hücumçunun iki həftə əvvəl aldığı zədə ucbatından komandasına kömək edə bilmədiyi də məlumdu.