İngiltərə Premyer Liqasının XI turu çərçivəsində
"Suonsi" ilə oyunda istifadə etdiyi taktika
"Arsenal"ın məşqçilər korpusunu çaş-baş salıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Arsen
Vengerin bəzi qərarları müdafiə məsələlərinə cavabdeh olan Stiv Boulddan başqa
bütün köməkçiləri narazı salıb.
Məşqçilər korpusu hesab 1:0
"topçular"ın xeyrinə olarkən Kalum Çembersin sağ cinahda ona
tapşırılan işin öhdəsindən lazımınca gəlmədiyini düşünür. Köməkçilərin
fikrincə, sözügedən mövqedə Naço Monreal və ya Ektor Belerin oynamalı, Çembers
isə müdafiənin mərkəzinə çəkilməli idi.
Venger isə "Anderlext"lə matçda istifadə etdiyi müdafiə qurğusunu pozmamağa qərar verib. Nəticədə boşluqlardan istifadə edən "Suonsi" 2:1 hesabı ilə qalib gəlməyi bacarıb.