Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Misirin paytaxtı Qahirədəki "Cairo International" stadionunda keçirilmiş final matçında Seneqal və Əlcəzair yığmaları üz-üzə gəlib. Oyun Əlcəzairin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə Bağdad Buneca vurub. Üçüncü və dördüncü yerləri müvafiq olaraq Nigeriya və Tunis komandaları tutub.
Turnirin ən yaxşı bombardiri 5 qolla Nigeriya yığmasının forvardı Odion İqalo olub.