ABŞ Futbol Federasiyası "Bavariya"nın baş məşqçisi PepQvardiolaya təklif göndərmək fikrinə düşüb.
Sportnet.az-ın məlumatına görə, mütəxəssisin Qətərdə keçiriləcək 2022-ci il
Dünya çempionatında ABŞ yığmasına rəhbərlik edəcəyi gözlənilir.
Xatırladaq ki, Qvardiolanın alman klubu ilə olan müqaviləsi 2016-cı ildə bitir. O, uzun müddət "Bavariya"nı çalışdırmaq fikrində deyil. Pepin ən böyük istəyi Münhen təmsilçisi ilə Çempionlar Liqasını qazanmaqdan ibarətdi.