
İrlandiyada "Dandolk"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə xəsarət alan "Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçinin zədəsinin ciddi olmadığı müəyyənləşib. Medvedev artıq kollektiv məşqlərə qatılıb. Onun cavab görüşündə meydana çıxa biləcəyi şübhə doğurmur.
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlanacaq.