İngiltərənin "Liverpul" klubu "Fulhem"in futbolçusu Harvi Elliottu transfer edib.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı 16 yaşlı hücumçunun keçidinin detallarını açıqlamayıb. Elliott Premye Liqa tarixində ən gənc oyunçu sayılır. O, ötən mövsüm XXXVII turda "Fulhem"in "Vulvehempton"a 0:1 hesabı ilə uduzduğu qarşılaşmanın 88-ci dəqiqəsində meydana çıxarkən 16 yaş 30 günlüyündə olub. Beləliklə, yeniyetmə forvard komandanın digər oyunçusu, 2007-ci ilin mayında 16 yaş 68 günlüyündə Premyer Liqada çıxış etmiş Mettyu Briqqsi geridə qoyub.
Qeyd edək ki, Harvi Elliott "Fulhem"in yetirməsi sayılır. O, ötən mövsüm 2 oyuna çıxsa da, fərqlənə bilməyib.