
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva növbəti təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Mehtiyeva Avropa Liqasında Rumıniyanın "Viitorul" və Belçikanın "Gent" komandaları arasında keçiriləcək II təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq. Avqustun 1-də Ovidiu şəhərindəki "George Hacı" Futbol Akademiyası Kompleksiin Mərkəzi Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Görüşü Xose Luis Minuera Monteonun başçılığı altında ispaniyalı hakimlər briqadası idarə edəcək. Hakim-inspektor isə moldovalı Vladimir Antonov olacaq.