
İrlandiyanın "Dandolk" komandası "Qarabağ"la keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı üçün Bakıya səfərə çıxıb.
Sportnet.az İrlandiya mətbuatına istinadən xəbər verir ki, Vinni Pertin baş məşqçi olduğu kollektivin çarter reysi ilə 7 saatlıq uçuşdan sonra axşam saatlarında Bakıya çatacağı ehtimal olunur.
"Dandolk"un Azərbaycana tam heyətlə gəldiyi vurğulanıb. Kollektiv sabah oyunun keçiriləcəyi "Dalğa Arena"da məşq edəcək. Baş məşqçi Vinni Pert isə mətbuat konfransıda jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” – “Dandolk” matçı iyulun 31-də keçiriləcək. İrlandiyadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.