Avqustun 9-da AFFA-nın Hakimlər Komitəsi KİV nümayəndələri üçün seminar keçirəcək.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, seminarda futbol oyun qaydalarına edilmiş dəyişikliklər haqda məlumat veriləcək, ən son yeniliklər mətbuat nümayəndələrinin diqqətinə çatdırılacaq. Milli assosiasiya iştirakçıların sayının müəyyənləşdirilməsi üçün KİV nümayəndələrinin 6 avqust saat 18:00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçməsini (ad-soyad, təmsil etdiyi KİV) xahiş edir.
Seminarın yeri barədə qeydiyyat prosesi başa çatdıqdan sonra məlumat veriləcək.