
"Qarabağ"ın futbolçusu Filip Ozobiç zədələnib. Sportsnet.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdikləri cavab matçında xəsarət alıb. Onun yerinə 24-cü dəqiqədə meydana Dani Kintana daxil olub. Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0. İrlandiyadakı ilk matç 1:1 hesabı ilə yekunlaşıb.