"Real"ın sabiq prezidenti Ramon
Kalderon Kriştianu Ronaldo haqqında maraqlı bir faktın üstünü açıb. Sportnet.az-ın məlumatına görə, o, 2008/09 mövsümünün sonundafutbolçunutransfer edərkən əzəli rəqiblərinin də ona elçi
düşdüyünü bildirib.
Kalderon Ronaldonun "Barselona”ya
keçməkdən imtina etdiyini deyib: "Mançester Yunayted"in baş məşqçisi
Aleks Ferqyuson "Real"ı bəyənmirdi. Ronaldonu almağımıza mane olmaq
üçün çalışdı. Ronaldonu "Barselona" da transfer etmək istəyirdi və
"Mançester Yunayted" Kataloniya klubu ilə razılığa gəldi. Ancaq Kriştianu
"Barsa"ya keçməkdən imtina etdi və "Real"da oynamaq
istədiyini bildirdi. Bundan sonra "Mançester Yunayted"lə razılığa
gələ bildik".
Qeyd edək ki, Ronaldo 94 milyon avro ilə dünyanın ən bahalı futbolçusu hesab edilir.