Boliviya çempionatında "Olveyz Redi" və "Bolivar" komandaları arasında keçirilmiş oyun zamanı maraqlı epizod yaşanıb.
Sportnet.az-ın məlumatına görə, görüşün baş hakimi meydan sahiblərinin lehinə penalti təyin etdikdə əl jesti ilə bu qərarın VAR sistemi əsasında qəbul olunduğunu bildirib. Halbuki Boliviya çempionatında VAR-dan istifadə olunmur.
Nəticədə penalti qərarı qüvvədə qalıb. Lakin "Olveyz Redi"nin oyunçusu bundan yararlana bilməyib. Görüş "Bolivar"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Esto es escandaloso, que VERGÜENZA acaba de pasar nuevamente el Fútbol Boliviano!!!
— Dardo Gomez Lattus (@GomezDardo) August 3, 2019
Se aplica el VAR, se da cuenta y se agarra el audífono , si quedaban dudas de que se juega sin reglas, sin moral, sin autoridad, sin seriedad, sin credibilidad , aquí está la prueba!! Vergüenza pic.twitter.com/jHjzcy6ZjJ