Türkiyənin
"Fənərbaxça” klubu danimarkalı futbolçu ilə güclənmək istəyir. Sportnet.az-ın
məlumatına görə, Daniel Aqqer artıq yanvar ayında Türkiyə klubuna keçə bilər.
Futbolçu
yayda "Liverpul”u tərk edərək doğma klubu "Brondbü”yə qayıdıb.
Yanvarda
Bruno Alveşin "Fənərbaxça”nı tərk edəcəyi gözlənilir. Rəhbərlik isə onun yerini
Daniel Aqqerlə doldurmaq istəyir. Ehtimal
edilir ki, futbolçu mövsümün sonuna kimi icarəyə götürüləcək.
Qeyd edək ki, bu mövsüm Aqqer "Brondbü”nün eyətində 7 oyunda iştirak edib.