UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə III təsnifat mərhələsində gözlənilmədən Porquqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar komandası Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Serbiya çempionu “Srvena Zvezda” İsveçrədə “Yanq Boyz"la heç-heçə edib. Hər iki matçda 4 qol qeydə alınıb.
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə Norveç “Rusenborq"u üzərində inamlı qələbə qazanıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) - 2:2
Qollar: Roje Assale, 7. Giyom Hoaro, 76 (penalti ilə) - Miloş Degenek, 18. Mateo Qarsia Esekyel, 46
23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç) - 2:0
Qollar: Bruno Petkoviç, 8. Mislav Orşiç, 28
23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) - 4:0
Qollar: Migel Anxel Gerrero, 30. Lazar Ranceloviç, 78; 85. Daniel Podense, 89
Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşləri 27-28 avqustda keçiriləcək.