Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanmillinin baş məşqçisi Fatih Terimə dəstək verib. Sportnet.az-ın məlumatına görə, doğma meydanda Braziliyaya 4 cavabsız qolla məğlub olan Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyundan qınaq obyektinə çevrilmişdi.
Türkiyə prezidenti Rəcəp Tayyib
Ərdoğan isə Terimə dəstək verib: "Fatih Terim yaxşı mütəxəssisdi. Futbolçu
oynamırsa, Fatih
Terim meydana çıxıb oynamalıdı? Fatih hoca çox gözəl işlər görür və uğur
qazanan biridi. Əvvəlcə Braziliyada uşaq və gənclərin hansı şəraitdə futbol
oynayaraq yetişdiyinə diqqət etmək lazımdı. Braziliyada dəniz kənarında qumda futbol
oynayırlar. Qum əzələləri gücləndirir. Qumda qaçdıqları üçün futbolçuları
fiziki cəhətdən güclü olur. Ona görə, Braziliya futbolçuları həmişə hücum
edirlər. Bizim gənclər xalça sahədə, sintetik meydanda məşq edir və futbol
oynayırlar. İnfrastruktur çox əhəmiyyətlidi. Bizim də gözəl planlarımız var.
İdmanı yalnız futbol olaraq da görmək lazım deyil. Digər idman növlərinə də
gənclərimiz yönləndirməmiz lazımdı".