İtaliyanın
"İnter” klubunun yeni baş məşqçisi Roberto Mançini komandaya dönüşü ilə bağlı
açıqlama verib. Sportnet.az-ın məlumatına görə, o, Milan klubuna qayıtdığı üçün
sevindiyini bildirib.
Mançini
2004-2008-ci illərdə baş məşqçisi olduğu "İnter”ə dönüşü haqda belə deyib: "Şadam
ki, evim kimi hesab etdiyim kluba geri döndüm. "İnter” və azarkeşləri hər zaman
mənim ürəyimdə qalıblar. Qarşıda bizi "Milan”la, daha sonra "Roma” ilə vacib
qarşılaşmalar gözləyir. Vaxtı boşuna xərcləmək lazım deyil, işləmək lazımdı. Bizim
rəqabətli heyətimiz var”.
Qeyd edək ki, Mançini bir qədər əvvəl istefaya göndərilən Valter Matsarini əvəz edib.