Robert Prosineçkinin futbol üzrə Bosniya və Herseqovina millisinin baş məşqçi postundan istefası qəbul olunmayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsi qərar verib. Xorvatiyalı mütəxəssisin müqaviləsi bitənədək - 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək postunda qalması məqsədəuyğun sayılıb. Prosineçki futbol qurumunun prezidenti və İcraiyyə Komitəsindən dəstək aldığı üçün işinə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Robert Prosineçki sentyabrın 8-də səfərdə Ermənistana 2:4 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə matçından sonra Bosniya və Herseqovina millisindən istefa verdiyini açıqlayıb. O, 2014 - 2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.