İngiltərənin "Mançester Yunayted" komandası Premyer Liqanın V turunda qarşılaşacağı "Lester"lə matçdan öncə itki ilə üzləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın aparıcı futbolçularından hesab olunan Pol Poqba və Antoni Marsialın həmin görüşdə iştirak etməyəcəyi dəqiqləşib.
Baş məşqçi Ule-Qunnar Sulşer hər iki oyunçunun zədə səbəbindən meydana çıxa bilməyəcəyini bildirib. O, futbolçuların növbəti turda "Vest Hem"lə qarşılaşmada meydanda olacaqlarına ümid etdiyini deyib.
Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək "Mançester Yunayted" - "Lester" matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.