İtaliya A Seriyasında IV turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, oyun nominal qonaq olan "İnter"in qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 49-cu dəqiqədə Marselo Brozoviç açıb. 78-ci dəqiqədə isə Romelu Lukaku yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "İnter" liderliyini qoruyub. 6 xala malik "Milan" isə 9-cudur.