 

"Real"ın aparıcı futbolçusu Luka Modriç sıradan çıxıb. Sportnet.az-ın məlumatına görə, Xorvatiya millisinin
yarımmüdafiəçisi Avro-2016-nın seçmə mərhələsində İtaliyaya qarşı matçda (1:1)
zədələnib. 
	
	Onun ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
	
	
Qeyd edək ki, Luka Modriç cari mövsümdə "Real"da 17 matçda oynayıb.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































