Çexiyanın Ostrava şəhərindəki Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki, “Sabah” klubunun üzvü Rüstəm Samiqullin zədəli olduğu üçün komandadan kənarlaşdırılıb. Onun əvəzinə hazırlıq prosesinə “Keşlə”dən Əkbər Vəliyev dəvət olunub.
Qeyd edək ki, yarış oktyabrın 15-dək davam edəcək.