"Qarabağ"ı təbrik edirəm. Bilirik ki, Azərbaycanın ən güclü klublarından biridir".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın məşqçi Rövşən Babayev Premyer Liqanın VII turunda "Qarabağ"a uduzduqları (0:2) oyundan sonra deyib. Mütəxəssis bildirib ki, Ruslan Abışovun görüşdə iştirak etməməsi zədə ilə bağlıdır: "Cavid İmamverdiyev isə 10-15 gün olmayacaq. Abışov yaxın zamanlarda məşqlərə başlayacaq. Futbolçulara minnətdarlığımı bildirirəm ki, əzmkarlıq göstərdilər. Həftə ərzində yaxşı çalışmışdılar. Qol vurmamağımızda əsas səbəb şansızlıq idi. İmkanlar oldu, yararlana bilmədik. Bu günkü oyuna görə oyunçulara təşəkkür düşür".