
Meksika millisinin qapıçısı Gilyermo Oçoa
"Trabzonspor"un maraq dairəsinə düşüb. Sportnet.az-ın məlumatına
görə, bu barədə "İnside Spanish Football" məlumat yayıb.
Belə ki, Türkiyə təmsilçisi
"Malaqa"nın şərəfini qoruyan 29 yaşlı qolkiperi yanvarda icarəyə
götürmək niyyətindədi. Qara dənizlilər artıq Oçoanın agenti ilə danışıqlara başlayıb.
Qeyd edək ki, ötən yay "Ayaçço”dan azad agent kimi "Malaqa"ya keçən Oçoa İdrissu Kameniylə rəqabətdə uduzub. O, klubun heyətində bu mövsüm hələ ki, meydana çıxmayıb.