"Barselona”nın
Argentinalı ulduzu Lionel Messi növbəti mövsüm komandadan ayrıla biləcəyini bildirib.
Sportnet.az-ın məlumatına görə, bu barədə futbolçu Argentinanın "Ole” qəzetinə
açıqlama verib.
Messi
hal-hazırda "Barselona”nın uğuru üçün çalışdığını bildirib: "Sadəcə möhtəşəm il
keçirməyi və "Barselona”ya kuboklar qazandırmağı istəyirəm. Başqa bir şey yoxdur.”
27 yaşlı futbolçu futbolda hər şeyin dəyişə biləcəyini qeyd edib: "Mövsüm sonunda
birlikdə görəcəyik. Klubumda sonsuza qədər qalacağımı söyləsəm də, bəzən işlər
istədiyimiz kimi getmir.”
Argentinalı
ulduz "Barselona”dan ayırlamağını öz öz istəyi ilə olmayacağını bildirib: "Futbolda
hər şey çox tez dəyişir və bunun qarşısını almaq mümkün olmur. Komandamdakı vəziyyət
biraz qarışıqdı”.
Messi kataloniya təmsilçisinin liqada "Real” və "Selta Viqo” klublarına uduzmalarının əhəmiyyətsiz olduğunu bildirib: "Barselona” çox böyük klubdu. Ard-arda iki oyun uduzduqda tənqidlərin də olması qaçılmazdı. Ancaq yeni baş məşqçi və taktikamız var. Vaxta ehtiyacımız var.”