
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb. Sportnet.az-ın məlumatına görə, noyabrın 25-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Portu" (Portuqaliya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.