
Noyabrın
14-dən Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan
ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı
həmyaşıdları ilə qarşılaşan U-16 məğlub olub.
Komandamız 2:3 hesabı ilə məğlub olub. Yığmamızın qollarını Nadir Qasımov və
Fərid Nəbiyev vurub.