Fransanın PSJ klubu futbolçusu Kilian Mbappe ilə müqaviləni yeniləməyə çalışarkən ciddi problemlərlə üzləşəcək.
Sportnet.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu üçün klubla yeni müqavilə imzalamaq prioritet deyil. Bununla belə, Paris klubu Mbappeyə Neymarın maaşına bənzər vəsait də təklif edə bilmir. Çünki braziliyalı forvard ildə 33 milyon dollardan çox maaş alır.
İlk dəfə Mbappe Çempionlar Liqasının 2018/2019 mövsümünün 1/8 finalında İngiltərə “Mançester Yunayted”inə məğlub olduqdan sonra komandadan ayrılmaq istədiyini açıqlamışdı.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsinin müddəti gələn il bitir. Son 15 oyunda 11 qol vuran futbolçu 4 məhsuldar ötürmə edib.