"Zirə" komandasının futbolçusu Riçard Qadze Premyer Liqanın XI turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, hücumçu öncə oyunla bağlı fikirlərini bölüşüb...
- Komandamı nəticəyə görə təbrik edirəm. Yaxşı xarakter göstərdik. Unutmayaq ki, çətin rəqiblə oynadıq. Bu bir xala görə təbrik düşür.
- Bunu “Zirə” üçün 3 xal hesab etmək olar?
- Mənim fikrimcə, olar. Biz geri durumda idik, amma fasilədən sonra bərabərlik əldə etdik. Hətta ikicni qolu da vura bilərdik. Bu nəticə təqdirəlayiqdir.
- “Zirə”yə ikinci dəfə keçdiniz. Assistlər edib, qollar vurursunuz. Düşünmürsünüz ki, komandaya gec qoşuldunuz?
- Bura gəlmək mənim üçün yaxşı haldır. “Zirə”yə minnətdaram ki, bura dəvət etdilər. Formada deyildim, 3 ay idi ki, futboldan kənar qalmışdım. Etimad göstərdiyi üçün baş məşqçiyə təşəkkür edirəm. Çalışıram ki, onun etimadını doğruldum.
- Asmir Beqoviçə qol vurmaq necə hissdir? Onun ayaqları arasından topu tora qovuşdurdunuz...
- Mən sadəcə cəhd etdim. Hücumçuyam, evdə olduğum günlərdə futbola baxıram. Beqoviçin ilk addımını atdığı anda bir az da gözləsəydim, bəlkə də, gecikəcəkdim. Fürsətdən anında istifadə etdim.
- “Zirə” “Qarabağ”ı məğlub edə bilmir. Bunun üçün nə çatmır?
- Müsahibələrimdə hər zaman demişəm ki, “Qarabağ” əla komandadır. Onlara qarşı oynamaq çətindir. Bu nəticə də uğurludur. “Qarabağ” güclü olmaqda davam edir.
- Çempionatın bombardirinin 5 qolu var. Ona çata bilərsiniz?
- Şəxsi uğurların önəmi yoxdur. “Zİrə”yə kömək üçün gəlmişəm. Qol vurmaq xoşdur, amma komandanın durumu məni daha çox maraqlandırır.